Gürcüstanda etirazlar davam edir | VIDEO

Gürcüstanda etirazlar davam edir  | VIDEO
  10 Noyabr 2024    Oxunub:758
Tbilisidə parlament seçkilərinin nəticələri ilə razılaşmayan etirazçılar Azadlıq meydanını bağlayıblar.
Parlamentə doğru etiraz yürüşü səslərin yenidən hesablanması tələbi ilə Gürcüstanın müxalifət partiyaları tərəfindən təşkil olunub. Polislə toqquşma barədə məlumat yoxdur.

Mitinqlər noyabrın 9-dan başlayıb. Müxalifət səsvermənin nəticələri etibarsız sayılana və yeni seçkilər təyin olunana qədər paytaxtın müxtəlif yerlərində hər gün nümayişlər keçiriləcəyini bildirib.



Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçirilib. Hakim “Gürcü arzusu” partiyası 54% səslə qalib gəlib. Eyni zamanda, “exit-poll”un nəticələri göstərib ki, müxalifət partiyaları səslərin əksəriyyətini alıb. Oktyabrın 27-də müxalifət səsvermənin nəticələrini tanımadığını bəyan edib və etiraz aksiyaları elan edib. Nümayişlərdə ölkə prezidenti Salome Zurabişvili də iştirak edib.

M. Həsənli
AzVision.az


Teqlər:





Xəbər lenti